Modern.az

Bakcell öz stendində texnologiya ilə əyləncəni bir araya gətirir

Bakcell öz stendində texnologiya ilə əyləncəni bir araya gətirir

Təhsil

2 Dekabr 2013, 14:15

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel 2013” sərgisindəki stendində texnologiya ilə əyləncəni bir araya gətirir. Modern.az-ın məlumatına görə, sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinə Asan imza və M2M xidmətləri, Artırlılmış Reallıq (Augmented Reality) texnologiyası, eyni zamanda bir neçə əyləncə zonası təqdim olunacaq.

Bakcell bu il Artırılmış Reallıq (AR) və oyun zonası olmaqla iki böyük əyləncə zonası nümayiş etdirir. Artırılmış Reallıq (AR) zonası Bakcell şirkəti ilə “Mançester Yunayted” Futbol Klubu arasındakı əməkdaşlığı əks etdirir və AR vasitəsilə “BakuTel” sərgisinə futbol ruhu gətirir. Stendin ziyarətçiləri AR applikasiyaları vasitəsilə “Mançestet Yunayted”in oyunçuları ilə ünsiyyət yaradacaq və özlərini futbolun mərkəzində hiss edəcəklər.     Bundan əlavə, Bakcell son texnologiyalara əsaslanan rəqəmli oyunlar da nümayiş etdirəcək.  Bakcell stendinin ziyarətçiləri AR və oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.  “Mançester Yunayted”in əfsanəvi hücumçusu Endi Koul “Bakcell”in xüsusi qonağı kimi sərgidə iştirak edəcək.   “Bakcell olaraq biz tərəfdaşlarımızla birlikdə və ya tək həyata keçirdiyimiz bütün layihələr vasitəsilə öz abunəçilərimizə ən yaxşı xidmət və məhsullar təqdim edirik. “Mançester Yunayted” inanılmaz dərəcədə tanınmış bir brenddir. Bu, yalnız fitbol deyil; bu, dünyanın ən böyük futbol klublarından, ən yaxşı futbol komandalarından biridir və biz də özümüzü ən yaxşı mobil operator kimi görürük”, deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.   “Qualcomm Incorporated” şirkətinin “snapdragon” prosessorları da iki şirkət arasındakı əməkdaşlıq çərçivəsində Bakcell stendində təqdim olunacaq. Bu prosessorlar mobil cihaza fantastik sürət, heyrətamiz qrafika və daha çox müddət ərzində avtonom rejimdə işləmək imkanı verir.   “Biz ötən ildən “Qualcomm Incorporated” şirkəti ilə əməkdaşlığa başlamışıq. Bu il isə ölkənin telekommunikasiya sektoru üçün çox mühüm hadisələr hesab oluna biləcək layihələr çərçivəsində əməkdaşlığımızı genişləndiririk”, deyə cənab Şirer əlavə edib.   Sərgisində Bakcell M2M (mobile to mobile - aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya) texnologiyasını da nümayiş etdirir.   “2010-cu ildən Bakcell Azərbaycanın telekommunikasiya sektorunda M2M həllərini tətbiq edir. Bizim tərəfdaşlarımız biznes sektorunun əsas iştirakçıları, eyni zamanda nazirliklər və digər dövlət strukturlarıdır. M2M xidmətləri abunəçi ilə ünsiyyətdə yeni vasitələr təqdim etməklə biznesin abunəçilərə yanaşma tərzini dəyişdirir”, deyə cənab Şirer bildirib. Sərgi iştirakçıları 4G xidmətinin təqdim olunması ərəfəsində “Bakcell”in tam skeptli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olacaqlar. Stendin qonaqları 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar.   İlk gündən “BakuTel” sərgisinin iştirakçısı və ötən il “ən yaxşı stend” mükafatının qalibi olan Bakcell bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.     Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU