Modern.az

Nazirlikdən XƏBƏRDARLIQ: Ölkə ərazisində temperatur aşağı enəcək

Nazirlikdən XƏBƏRDARLIQ: Ölkə ərazisində temperatur aşağı enəcək

Təhsil

2 Dekabr 2013, 14:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU