Modern.az

Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB

Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB

Təhsil

19 Avqust 2024, 14:27

Yeni tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Ancaq ali təhsil müəssisəsinə hələlik rektor təyin edilməyib. 

 

Bəs universitetə hazırda kim rəhbərlik edir?

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Texniki Universiteti ilə əlaqə saxlayıb.

 

Təhsil müəssisəsindən bildirilib ki, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.

 

Məlumata görə, yaxın vaxtlarda TAU-ya yeni rektorun təyinatı gözlənilir.

 

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar. 

 

TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən keçmiş binasında fəaliyyət göstərəcək. Abituriyentlər ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi