Modern.az

Gənclərin beynəlxalq tədbirinin açılışı oldu

Gənclərin beynəlxalq tədbirinin açılışı oldu

Təhsil

2 Dekabr 2013, 15:15

Modern.az xəbər verir ki, bu gün  “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkəmizdə qonaq olan əcnəbi gənclərə və digər qonaqlara tədbir haqqında məlumat verib. O bildirib ki, insanların hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, Azərbaycanda başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə ciddi şəkildə hörmət edilir. Bu baxımdan da Azərbaycan tam məsuliyyəti ilə digər dövlətlərə nümunə ola bilər.

Tədbirdə iştirak edən əcnəbi gənclər də çıxış edərək, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qeyd eediblər.

Qeyd edək ki, 7 dekabr 2013-cü ilədək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunub.  

Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə baş tutan beynəlxalq tədbir müddətində iştirakçıların Azərbaycandakı tolerantlıq mühiti ilə tanış olması və bir sıra dini-mədəni mərkəzlərə ziyarətlərinin təşkili planlaşdırılır.

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU