Modern.az

“Azərsu”ASC ekologiyanın qorunması məqsədilə yaşıllaşdırma işlərinə start verib

“Azərsu”ASC ekologiyanın qorunması məqsədilə yaşıllaşdırma işlərinə start verib

Təhsil

2 Dekabr 2013, 15:11

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması məqsədilə yaşıllaşdırma işlərinə start verib. Modern.az-ın məlumatına görə, Səhmdar Cəmiyyətin həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir. 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində Səhmdar Cəmiyyətin əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrdə, su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparılır.

Cari ilin noyabrın ayının əvvəllərindən növbəti yaşıllaşdırma tədbirlərinə start verilib. Noyabr ayında Ceyranbatan Su Kəmərləri İdarəsi, Hövsan Aerasiya Stansiyası, mərkəzi su anbarlarının ərazilərində ağacəkmə kampaniyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində müxtəlif növdə 10 minə yaxın ağac əkilib, yaşıllıqlar salınıb..

Ümumilikdə 2013-cü ilin yanvar-noyabr aylarında Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə müxtəlif növdə 27 min ədəd həmişəyaşıl, 688 ədəd dekorativ, 3440 ədəd meyvə ağacı, 106 min ədəd mövsümü gül,  5 min ədəd qızılgül kolu əkilib.  Bununla yanaşı,  10 min kvadratmetr sahədə qazon otu səpilib, ağacların suvarılması məqsədi ilə 2,6 km uzunluğunda su xətti çəkilib və damcı suvarma sistemi qurulub. Bununla yanaşı, ötən illərdə əkilmiş ağaclara qulluq göstərilib və abadlıq işləri aparılıb.


 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU