Modern.az

Universitetlərə qəbulun nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Universitetlərə qəbulun nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Təhsil

20 Avqust 2024, 10:14

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.

 

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nəticələr üç gün ərzində elan ediləcək.

 

"Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti üç gün ərzində elan olunması nəzərdə tutulur", - qurumdan bildirilib.

 

Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi