Modern.az

Azərbaycan insan kapitalına, bəs Ermənistan nəyə yatırım edir?

Azərbaycan insan kapitalına, bəs Ermənistan nəyə yatırım edir?

Təhsil

20 Avqust 2024, 11:10

Tarixi zəfərimizdən əvvəl televiziyaların xəbər proqramları bu cümlə ilə başlayırdı: “Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir…” Dörd ilə az qalıb ki, proqramlar bu cümlə ilə başlamır. Biz müharibə istəmirik. Biz ədalətli sülhün tərəfdarıyıq. Amma Ermənistanın yenidən silahlanması ilə bağlı xəbərlər eşidirik…

 

Ötən əsrin 80-ci illərinin sonunda bu zavallı xalq bir qrup radikal ekstremist qüvvələrin girovuna çevrildi. Qərbi Azərbaycandan, dədə-baba torpağımızdan bizləri vəhşicəsinə qovdular, durmadılar, analoji vəhşiliyi Qarabağımızda törətdilər. Dünya sözün əsl mənasında genosid, urbisid, ekosid, kultursid cinayətlərinin dəhşətli nümunələrinə şahid oldu. İnsanlığa sığmayan bu vəhşətlərin hamısı beynəlxalq hüquqda cinayət sayılır. Dəmir yumruq başlarına endirildikdən sonra pərən-pərən oldular, amma zaman ötdükcə təhrikçi, regionda sülhə qarşı olan xarici qüvvələrin dəstəyi ilə yenidən dirçəlməyə cəhd edirlər.

 

Böyük rus filosofu, linqivisti, etnoqraf, knyaz Nikolay Trubetskoy (1890-1938) yazırdı: “Ermənilərlə hər zaman nədəsə razılaşmaq asandır. Lakin onlara arxayın olmaq, inanmaq səhvdir. Ermənilər parazit xalqın və mütiliyin bütün cizgilərinə malikdirlər. Onların daşıdıqları antipatiya öz qonşularına nifrətə qədər gəlib çatıb. Bu antipatiya və nifrəti onlarla birgəyaşayşda belə unutmamalısan”.

 

İndi türkün düşməni olan qatil erməni millətçilərinin bir nəsli torpağın altındadır. Dövran və meydan dəyişib, oxşar ekstremistlərin törəməsi çətin olduğundan, onlar kənardan idarə olunmağa daha çox meyllənirlər. Xəbərlərdən oxuyuruq ki, erməni hərbi akademiyasının nümayəndə heyəti hərbi hazırlıq proqramlarını mənimsəmək üçün ABŞ-ın hərbi təhsil müəssisələrinə yollanıblar. Diqqət edin, hərbi təhsil müəssisələrinə…

 

Azərbaycan hökuməti isə növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizədin xaricdə təhsilni maliyyələşdirəcək. Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3 gəncimiz isə "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq. Bəli, biz qələbəmizin bəhrəsini insan kapitalına çeviririk!

 

Uğur budur. Azərbaycan insan kapitalına yatırım edir. Ermənistan isə tarixin acı dərslərindən hələ də nəticə çıxarmayaraq, millitarist kapitala ümid bəsləyir. Şübhəsiz, bu şərti mübarizə bəşəri qanunauyğunluğa görə yaxın gələcəkdə nəticə verəcək: İnsan kapitalına yatırılan sərmayələr rasionaldır və mütləq bəhrəsini görəcəyik!

 

Etibar Əliyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi