Modern.az

Milli Şura 125 seçki dairəsi üzrə təşkilatlanmalıdır - Təklif

Milli Şura 125 seçki dairəsi üzrə təşkilatlanmalıdır - Təklif

Təhsil

2 Dekabr 2013, 17:39

“Milli Şura qısa müddətə strukturlaşa bilmədi. Prezident seçkilərinə daxil olduq. Seçkidən sonra Milli Şura idarə olunmadı. Çünki qurumun nə idarəçi orqanı, nə də yerlərdə təşkilatları var”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal deyib. O, hesab edir ki, Milli Şurada idarəçilik, qərarverici orqanlar olmalıdır, eyni zamanda qurum strukturlaşmalıdır: “Həm də yerlərdə təşkilatlanma işləri aparılmalıdır. Bütün bunlara uyğun islahatlar keçirilməlidir. Milli Şuranın sessiyasında islahatlarla bağlı qərarlar qəbul edilməlidir”.

V. Mirkamal qeyd edib ki, Milli Şurada bu formada qalsa, idarəçilik sistemi olmayacaq: “Hazırda qərar qəbul edəcək orqan sessiyadır. Amma sessiyanı idarə edən bir kollegial orqan da olmalıdır. Çünki orada xeyli qüvvələr var. Həmin qüvvələr bir araya gəlib qərarlar qəbul etməlidirlər. Milli Şura əlaqələndirici orqan kimi qalacaqsa, dediklərim olmalıdır. Seçki blokuna da çevrilə bilər. Belə olan halda yerlərdə təşkilatlanma 125 dairə üzrə aparılmalıdır”.

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU