İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycan-İran sərhədində baş vermiş insidenti ilə əlaqədar məlumat yayıb. Modern.az xəbər verir ki, səfirliyin Mətbuat şöbəsinin rəhbəri Seyid Muhəmməd Ayətullahi bildirib ki, General Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.
“Azərbaycan Respublikasının DSX-nin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi son insident Azərbaycan Respublikasının ərazisində baş vermişdir və qeyd olunan tarixdə İranla Azərbaycan Respublikasının sərhəddində qeyd olunan tarixdə iki ölkənin sərhədçiləri arasında heç bir hadisə baş verməmişdir”.
Seyid Muhəmməd Ayətullahi onu da bildirib ki, bu hadisə haqqında heç bir İran rəsmisi fikir bildirməyib və bəzi KİV-lərdə İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri General Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri general Hüseyn Zülfüqariyə istinadən “Azərbaycan anlaşmaya əməl etmədi başlıqlı” xəbər elə İran saytlarında, konkret olaraq “arannews.com” saytında dərc edilib.
(Xəbərin linki - //modern.az/articles/48284/1/)
Modern.az