Modern.az

Prezidentin daha 6 yüksək vəzifəyə təyinatı olacaq - SİYAHI

Prezidentin daha 6 yüksək vəzifəyə təyinatı olacaq - SİYAHI

Təhsil

2 Dekabr 2013, 18:45

Prezident İlham Əliyev bu il oktyabrın 22-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Modern.az saytının xəbərinə görə, həmin sərəncamla Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb.

Belə ki, ölkə başçısı sözügedən sərəncamla Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib. Bu gün isə daha bir yüksək posta - Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyinat həyata keçirilib, Elman Mehdiyev quruma yeni sədr gətirilib.

Beləliklə də daha 6 yüksək vəzifə isə təyinat gözləyir. Hazırda həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər.

Buna görə də prezident önümüzdəki günlərdə aşağıdakı vəzifələrə də təyinatlar həyata keçirəcək:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınsədri vəzifəsi - (Məleykə Abbaszadə icra edir);

2. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (Kamran İmanov icra edir);

3. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (Bəhram Xəlilov icra edir);

4. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (İnam Kərimov icra edir);

5. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);

6. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (İsgəndər Çəndirli icra edir).

A.Qorxmaz 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU