Qazax rayonunda qəza baş verib. Anspress.com saytının məlumatına görə, hadisə axşam saat 20:00 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alinib.
Belə ki, VAZ- 2106 markali maşınla "Mersedes" markali avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasada, avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, VAZ- 2106 markali avtomobil qəza nəticəsində yol kənarinda olan marketə dəyməsinə cəmi 1 metr məsafə qalıb.
Hadisə yerində Yol Patrul Xidmətinin əməkdaşları araşdırmalara başlayıb.
Modern.az