Modern.az

Ərdoğanın partiyasında kütləvi istefa şoku

Ərdoğanın partiyasında kütləvi istefa şoku

Təhsil

2 Dekabr 2013, 23:15

Bugun az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, il (rayon) partiya təşkilatının  sədri  Cevdet Çalbay bunu bələdiyyə başkanlığına namizədin müəyyənləşdirilməsi zamanı təşkilat rəhbərliyinin rəyinin nəzərə alınmaması ilə izah edib.

Qeyd edək ki, iqtidarda oldğu 10 il ərzində AKP bir qayda olaraq partiyadaxili monolitliyi ilə fərqlənib. Lakin son vaxtlar partiya içərisindən rəhbərliyin getdikcə daha çox avtoritarizmə yuvarlanması ilə bağlı etiraz səsləri ucalmağa başlayıb.

Məsələn, keçən ayın sonlarında partiyanın ağır çəkili fiqurlarından sayılan baş nazirin müavini Bülent Arınç  Ərdoğanın yataqxanalarda qızlarla oğlanların ayrı-ayrı korpuslarda qalmalarını reqlamentasiya edəcək qanun qəbul edilməsi zəruriliyi barədəki açıqlamasına qarşı çıxmışdı.

Keçən həftə isə dərshanələrin (şagirdlər üçün hazırlıq kursları) bağlanmasını nəzərdə tutan qanun layihəsini  kəskin tənqid edən AKP millət vəkillərindən professor İdris Bal  partiya sıralarını tərk etmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU