Modern.az

Ali məktəblərin əsas işi diplom verməkdən ibarət deyil - DİM sədri

Ali məktəblərin əsas işi diplom verməkdən ibarət deyil - DİM sədri

Təhsil

22 Avqust 2024, 15:41

Ali məktəblərin əsas işi diplom verməkdən ibarət deyil.

 

Modern.az-ın məlumatına görə, bunu "Real TV"yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki, ali məktəblərin əsas işi əmək bazarına yeni şəxslər yetişdirməkdir:

 

"Əgər tələbələrin bilik və bacarığı yoxdursa, diplomun heç bir önəmi qalmır. Artıq universitetlərdə elə sahələr var ki, 2, bəziləri isə 5 ilə öyrədilən məlumatlar köhnəlir. Odur ki, ali məktəblərdə gənclərin əsas işi öz üzərlərində işləməyi, bilik və bacarıqları müstəqil əldə etməyi öyrənməkdən ibarət olmalıdır. Ali məktəblər tələbələrdə elmi müstəqilliyi formalaşdırmalıdır”.

 

Arifə Kərimzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi