Modern.az

"Dövlət universitetlərinin yarısı, özəllərin hamısı regionlara yönəldilsin" - TƏKLİF

"Dövlət universitetlərinin yarısı, özəllərin hamısı regionlara yönəldilsin" - TƏKLİF

Təhsil

22 Avqust 2024, 17:38

Böyük şəhərlər özləri ilə birlikdə böyük problemlər də yaradır. Azərbaycan əhalisinin sosial vəziyyətini nəzərə alsaq, bölgələrdən gəlib paytaxtda təhsil almaq çətindir

 

Bunu Modern.az-a açıqlamasında Elçin Bayramlı bildirib.

 

O qeyd edib ki, əvvəllər universitetlərin böyük yataqxana kompleksləri var idi, tələbələrə müxtəlif güzəştlər edilirdi, həmçinin qiymətlər daha ucuz idi, bir sözlə tələbələrin paytaxta oxuması üçün bir çox imkanları var idi:

 

"Bu gün isə əhalinin çox az hissəsinin övladını Bakıda oxutma imkanı var. Bu səbəbdən regionlardakı ailələr övladlarını başqa şəhərdə oxutmağa çəkinirlər. Buna görə də  tələbələrin region universitetlərini seçməsi normal haldır”.

 

Ekspert onu da bildirib ki, regionlarda universitetlərin inkişafı dünya nümunəsində də var və bu, öz növbəsində paytaxtın yükünü azaltmağa xidmət edir.

 

“Azərbaycanda da demoqrafik disbalans var, əhalinin 50 %-dən çoxu paytaxtda məskunlaşır, bu da regionlarda sosial-iqtisadi inkişafı aşağı salır. Regionlarda universitetlərin inkişafı təbii ki, balansı qorumağa da xidmət edəcək. Təhsil almaq üçün böyük şəhərlərə gəlməyə artıq ehtiyac yoxdur, informasiya cəmiyyətində harada olmağından aslı olmayaraq, asanlıqla yeni şeylər öyrənmək mümkündür. Təbii ki, istisnalar hər zaman var, bəzi fakültələrin Bakıda olması üstünlük qazndıra bilər. Mən təklif edərdim ki, özəl universitetlərin hamısı, dövlət universitetlərin isə yarısı regionlara yönəldilsin. Regionlarda təhsil ocaqlarının kefiyyətni də artırmaq lazımdır, əsasən savadlı kadrlar, mütəxəssislər regionlara cəlb olunmalıdır eyni zamanda infrastruktur məslələlərinə də diqqət yetirilməlidir. Kompleks şəkildə binalar tikilməli, labaratoriyalar fəaliyyət göstərməlidir. Beləliklə Bakıdakı təhsil ilə regionlardakı təhsil arasında heç bir fərq qalmayacaq”.

 

Arifə Kərimzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi