Modern.az

Eyni bal toplayıb, 1 yer uğrunda mübarizə aparanların nəzərinə!

Eyni bal toplayıb, 1 yer uğrunda mübarizə aparanların nəzərinə!

Təhsil

22 Avqust 2024, 21:27

Hər il ali məktəblərə qəbul imtahanı zamanı abituriyentlər müvafiq keçid balını toplayaraq universitetə qəbul olurlar.

 

Bəs, görəsən, iki abituriyent eyni balı toplayıbsa və 1 yer uğrunda mübarizə aparırsa, müsabiqə şərtləri necə olmalıdır?

 

Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) "azedu.az"a bildirilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:


− təhsil haqqında sənədə (attestata) “Tədris dili”,“Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;


− xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal)4;


− qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;


− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;


− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar
üzrə balların 5) sayı;


− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini 6 nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;


− qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;


− qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi