Modern.az

Tələbə adını qazananların nəzərinə! - Qeydiyyat başlayır

Tələbə adını qazananların nəzərinə! - Qeydiyyat başlayır

Təhsil

23 Avqust 2024, 17:04

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

 

Modern.az xəbər verir ki, abituriyentlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

 

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi