Modern.az

Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı

Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı

Təhsil

24 Avqust 2024, 18:47

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində 87 tələbə təhsil alacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Ali Təhsil Qurumu məlumat yayıb.

 

Universitetə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 tələbə qəbul olub.

 

Kompüter mühəndisliyində oxuyacaq tələbələrin topladığı ballar 641.6 - 684.9, sənaye mühəndisliyi üzrə 544.4- 663.7, qida mühəndisliyi ixtisası üzrə isə 452.1 - 632.8 aralığında olub.

 

Türkiyə–Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisasın üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

 

Xatırladaq ki, bu ilin fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi