Milli Məclisin dekbarın 3-də keçirilən iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə olunur. Modern.az xəbər verir ki, qanuna təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Qanunda dəyişikilik “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.
Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul olunub.