Modern.az

Məktəbə ildırım düşdü, sinif otağı yandı - Rəsmi AÇIQLAMA

Məktəbə ildırım düşdü, sinif otağı yandı - Rəsmi AÇIQLAMA

Təhsil

26 Avqust 2024, 11:27

Avqustun 26-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəbin boş sinif otağına ildırım düşüb.

 

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə nəticəsində sinif otağına ziyan dəyib, bir neçə stol və stul yanıb:

 

“Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub. Sinif otağının tədris ilinin başlamasına qədər təmir edilməsi üçün müvafiq addımlar atılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi