Modern.az

"Laçında birinci sinfə qədəm qoyduğum məktəbə müəllim kimi qayıdıram" 

"Laçında birinci sinfə qədəm qoyduğum məktəbə müəllim kimi qayıdıram" 

Təhsil

26 Avqust 2024, 12:49

Birinci sinfə ilk dəfə qədəm qoyduğum məktəbə bu gün müəllim kimi qayıtdığım üçün özümü çox xoşbəxt hiss edirəm.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Laçın şəhər 2 nömrəli tam orta məktəbin Təşkilat işləri üzrə direktor müavini Rüxsarə Nəsibzadə söyləyib.

 

“Məktəbimiz mənim üçün doğma və əzizdir. Bunun səbəbi bu məktəbə ilk dəfə şagird kimi qədəm qoymağımdır. Bu məktəbdə mənim üç övladım təhsil alır. Bundan daha sevincli an ola bilməz. Laçında artıq 2 məktəb fəaliyyət göstərir. Laçın sakini kimi özümüzü çox xoşbəxt hiss edirik”, - deyə R.Nəsibzadə qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi