Modern.az

Bakıda jurnalistlərin olduğu binada yanğın - FOTOLAR

Bakıda jurnalistlərin olduğu binada yanğın - FOTOLAR

3 Dekabr 2013, 18:26

Dekabrın 3-də Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsi, 71 A ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında yanğın olub. Yanğın binanın 4-cü mərtəbəsindəki yaşayış mənzilində baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib, saat 15 radələrində başlanan yanğın bir qədər sonra söndürülüb.

Yanğın nəticəsində binanın işığı sönüb, bəzi mənzillərə tüstü dolub. Bu binanın 17-ci mərtəbəsində “İnternyus Azərbaycan” təşkilatının ofisi, həmçinin təşkilatın layihəsi olan “Media forum” xəbər saytının redaksiyası yerləşir. Binanın 1-ci mərtəbəsində isə “Visiontv.az” internet televiziyası fəaliyyət göstərir.

Hadisə ilə əlaqədar “Media forum” saytının işində fasilə yaranıb. Saytın əməkdaşı İmdad Əlizadənin bildirdiyinə görə, bu, sözügedən binada baş verən 2-ci belə böyük yanğındır. Oxşar hadisə 2010-cu ildə də yaşanıb.




Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU