Modern.az

İqtisadçı-ekspert Vüqar Bayramovdan hökumətə TƏKLİFLƏR

İqtisadçı-ekspert Vüqar Bayramovdan hökumətə TƏKLİFLƏR

4 Dekabr 2013, 12:57


“Məncə, indi Tarif şurasının doğru və yanlış qərar qəbul etdiyini müzakirə etməzdən daha çox məhz qiymət artımlarınıın digər sektorlara təsirlərinin minumumlaşdırılması ilə bağlı müzakirələr aparılmalı və hökümətin bu sahədəki fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.

Bunu Modern.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. “Əvvəla, İqtisadiyyat və Sənaye Nazirliyi bir mənalı şəkildə süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır. Süni qiymət artımlarını həyata keçirən sahibkarlara qarşı ciddi cəza tədbirlərinin müəyyənləşdirilməsinə ehtiyac var. İkincisi, aqrar sektorda xərc artımlarının qarşısının alınması üçün subsidiyaların məbləğinə baxılması və artırılmasına ehtiyac var. Adi kənd təsərrrüfatı məhsulları istehsal edənlər üçün subsidiya məbləği hər hektara 40 manatdan 60 manatadək, strateji məhsullar istehsal edən fermerlər üçün isə 80 manatdan 100 manatadək artırılmasına ehiyac var. Bununla da aqraq sektorda son qiymət artımlarının təsirlərini minimuma endirmək olar. Üçüncüsü, bu ilin avqustunda Prezidentin  təsdiqlədiyi sahibkarlıq subyektlərinə yersiz müdaxilələrin aradan qaldırılması ilə bağlı sənədə uyğun olaraq sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin minimumlaşdırılması və eləcə də sahıbkarlıq sektorunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var. Qeyri-rəsmi xərclərin azaldılması sahibkarlara imkan verecək ki, enerji mehsullarının qiymətinin artımından yaranacaq xərci kompensasiya edə bilsin. Dördüncüsü, ictimai nəqliyyat sektoruna xüsusi subsidiyaların ayrılmasına ehtiyac var. Son qiymət artimları indiki tariflər ilə ictimai nəqliyyatın rentabelli işləməsinə imkan verməyəcək. O baxımdan ya ictimai nəqliyyatda qiymət artımlarına gedilməlidir, ya da həmin sektora subsidiya verilməlidir. Sosial baxımdan, həmin sektora subsidiyanin verilməsi daha məqsədə uyğundur. Beşincisi, sahibkarlara güzəştli şərtlər ilə yeni texnologıyanın ölkəyə gətirilməsinə və eləcə də idxalda bürokratik əngəllərin aradan qaldırılmsına ehtiyac var”.

V. Bayramovun sözlərinə görə, Avropa Birliyi ölkələrinin təcrübəsi göstərir ki, yeni ve az yanacaqdan istifadə edən texnologiya xərclərə qənaət real sektorda istehsal edilən məhsulların qiymətinin artmasına imkan vermir.

“Nəhayət, ölkəyə idxal edilən avtomobillər üzrə gömrük rəsmiləşdirilməsinə yenidən baxılmasına ehtiyac var. Mühərriki kiçik olan avtomobillər üçün rüsümlar azaldılması, əksinə mühərrikinin gücü 3,0-dən böyük olan avtomobillər üçün rüsumlar artırılmalıdır ki, çox yanacaq istifadə edən avtomobillərin idxalı azalsın və benzinə qənaət edilə bilsin. Yeni texnologiyanın idxalı sahibkarların səlahiyyətində olan məsələdir, indiki hökümət stimullaşdırıcı tədbirlər həyata keçirməlidir ki, sahibkarlar bununla xərclərini azalda bilsinlər. Əgər təklif etdiyimiz fəaliyyətlər hökümət tərəfindən həyata keçirilərsə, o zaman bu təsirləri minumuma endirmək mümkündür. Əhalinin sosial vəziyyətinə təsirləri daha çox bu qərardan sonra hökümətin hansı fəaliyyətləri keçirməsindən asılı olacaq”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU