Modern.az

ADP sədrindən proqnoz: “Müsavat Milli Şuradan çıxsa, qurum dağılacaq”

ADP sədrindən proqnoz: “Müsavat Milli Şuradan çıxsa, qurum dağılacaq”

4 Dekabr 2013, 17:30

“Milli Şura prezident seçkisi ilə bağlı yaradılmışdı. Hazırda seçki bitib. Bu qurum da ya yeni vəzifələr müəyyən etməlidir. Yeni vəzifələrdə ola bilsin, eyni quruluş, idarəetmə olmasın. Bunu siyasi gündəmin dəyişməsi kimi qəbul edirəm”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Milli Şurada partiyalar arasında narazılıq çox davam edə bilməz:

“İsa Qəmbər mövqeyini kəskin şəkildə qoydu. Ya bunlar Müsavat Partiyasının şərti ilə razılaşmalıdır, ya da Müsavat Milli Şuranı tərk edəcək. Məncə, Müsavat qurumdan çıxacaq. O, Azərbaycanda güclü nüfuzu olan partiyadır. Əgər Müsavat Milli Şuradam çıxacaqsa, orada kim qalacaq ki?! Milli Şura Müsavatla AXCP-nin birliyidir. Lalə Şövkət, Rəsul Quliyev çıxıb, KXCP də bir o qədər aktiv iştirak etmir. Düşünürəm, Müsavat Milli Şuradan çıxacaqsa, qurum buraxılacaq”.

S. Cəlaloğlu qeyd edib ki, Müsavat Partiyası ilə AXCP-nin ayrı-ayrı maraqları var: “Hərənin öz marağı var. Mənə elə gəlir ki, indiki halda Müsavat Partiyası ilə AXCP-nin mövqeyi üst-üstə düşmür. Bunu Arif Hacılının mövqeyində də açıq şəkildə gördük. Görünür, qarşıdan gələn parlament seçkiləri bağlı AXCP ilə Müsavatın ayrı-ayrı taktikası var. Baş verənlər də parlament seçkiləri ilə bağlıdır”.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU