Bu gün Ermənistan prezidenti Serj Sərkisyanın rezidensiyası qarşısında bir qadın intihara cəhd edib. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, rezidensiya qarşısında keşik çəkən polislər əlindəki şüşədən üzərinə benzin tökərək özünü yandırmağa cəhd edən qadının niyyətini gerçəkləşdirməyə imkan verməyiblər. Araşdırma zamanı məlum olub ki, həyatına qəsdə cəhd edən Naxşuş Yenqibaryandır. Qadının oğlunun qanunsuz həbsinə etiraz etdiyi bildirilib.
Modern.az