Modern.az

Goranboyda ev yandı, xəsarət alanlar var

Goranboyda ev yandı,  xəsarət alanlar var

4 Dekabr 2013, 21:16

Modern.az saytının Gəncənin Kəpəz televiziyasına istinadən verdiyi xəbərə görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları rayonun Əzizbəyov kənd sakini Aminə Ələsgərovaya məxsus ümumi dəyəri 700 manat olan 4 baş xırda buynuzlu heyvanı oğurlayan Ceyhun Həsənov və Vüqar Məmmədovu saxlayıblar. Goranboy rayon Şıxlar kəndində qeydiyyatda olan, Şəmkir rayonunda yaşayan şəxslər heyvanları satıb, qayıdarkən tutulublar. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Bu gün həmçinin Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin xəsarəti ilə nəticələnən yanğın hadisəsi baş verib. Saat təxminən 14.30 radələrində Akif Qulamoğluna məxsus evin tövləsində çıxan güclü yanğın nəticəsində 10 başdan çox iri buynuzlu heyvan tələf olub. Ev yiyəsi və  onun həyat yoldaşı Arifə Quliyeva isə xəsarət aldıqları  üçün xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Yanğından Mühafizə hissəsinin və Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun digər tikililərə keçməsinin qarşısı alıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısa qapanma ucbatından baş verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU