Modern.az

ARDNŞ prezidenti: Yanacağın qiymətinin artırılması…

ARDNŞ prezidenti: Yanacağın qiymətinin artırılması…

4 Dekabr 2013, 23:30

“ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir. 2007-ci ildən qiymətlər dəyişməyib”- Modern.az-ın xəbərinə görə, bunu  jurnalistlərə açıqlamasında şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcəkdir ki, sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq: “Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzin üzrə Avro-3 keçməyə imkanlar var, Aİ-98 markalı benzin dünya qiymətləri ilə satılır, Aİ-95 də dünya qiymətləri ilə satıla bilər”.

Şirkət rəhbəri deyib: “Başa düşmək olar ki, niyə yanacaq və Aİ-92 kənd təsərrüfatı istehsalçılarına ucuz satılır, lakin dövlət bahalı avtomobillər üçün benzin satışını subsidiyalaşdıra bilməz. Tarif Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU