Modern.az

“Böyük İpək Yolu” İstanbulda gənc sahibkarların beynəlxalq Forumunu keçirir

“Böyük İpək Yolu” İstanbulda gənc sahibkarların beynəlxalq Forumunu keçirir

Təhsil

5 Dekabr 2013, 10:41

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı dekabrın 6 və 8-i  tarixində Türkiyənin İstanbul şəhərində  “Gənc Sahibkarlar Şəbəkəsi”  adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək.  Bu barədə Modern.az-a  təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq konfransa  dünyanın 25 ölkəsindən gəlmiş  gənc sahibklarlar qatılacaq. Toplantı  Rusiya, Yunanıstan, Gürcüstan, Macarıstan,  Hindistan,  İsrail, İraq, Rumıniya,  Qazaxstan, Makedoniya, Qırğızstan,  Ukrayna,  Sinqapur, Özbəkistan, Pakistan,  Moldova, İordaniya və digər ölkələrdən olan gənc sahibkarları  bir araya gətirəcək.  Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstək verdiyi tədbirin açılışında Azərbaycan Milli Məclisinin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının rəhbəri Fuad Muradov, İslam Konfransı Gənclər Forumunun nümayəndəsi Elməddin Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Genc MÜSİAD-in vitse-prezidenti Yavuz Fəttahoğlu qatılacaq. Toplantının əsas məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrdə fəaliyyət göstərən  gənc sahibkarlarının şəbəkəsini yaratmaqdır.

“Böyük İpək Yolu” BGT 2012-ci ilin iyununda 25 ölkə gəncinin iştirakı ilə Bakıda təsis olunub.

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU