Modern.az

Xalədddin İsgəndərovdan daha bir təyinat - icra başçısı yeni 1-ci müavin götürdü - FOTO

Xalədddin İsgəndərovdan daha bir təyinat - icra başçısı yeni 1-ci müavin götürdü - FOTO

5 Dekabr 2013, 12:11

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov daha bir təyinata imza atıb. Modern.az saytının xəbərinə görə, icra başçısı işdən çıxartdığı sabiq birinci müavini Qəzənfər Novruzovun yerinə yeni kadr gətirib. Bu, indiyədək icra başçısının müavini postunu tutan İlqar Süleymanovdur.

Yeni birinci müavin İlqar Süleymanov 30 dekabr 2012-ci il tarixindən indiyədək Binəqədi Rayon İcra Hakimiyyətində müavin postunu tuturdu. O, X.İsgəndərovun öz kadrıdır. Belə ki, İ.Süleymanov X.İsgəndərovla birgə əvvəllər Vergilər Nazirliyi sistemində çalışıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU