Türkiyənin Qədir Xas Universiteti rəsmi Ankaranın xarici siyasət kursu ilə bağlı sorğu aparıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, rəyi soruşulanların 28 faizi Azərbaycanı ən yaxın dost ölkə hesab edib. Bu da ümumi sorğunun dost ölkələr siyahısında Azərbaycanın birinci olduğunu göstərib. Bununla yanaşı, Türkiyənin 26 vilayətinin hər birindən min nəfərin iştirak etdiyi sorğuya görə Ankara üçün ən böyük problem Suriya hesab edilir. Mövqeyi öyrənilənlərin 60 faizi bu qənaətdədir.
Aqşin Kərimov