Modern.az

Yeni İl “ceyran üstə gəlir”: 400 manatlıq şam ağacı, 50 qəpiklik papaq – FOTOLAR

Yeni İl “ceyran üstə gəlir”: 400 manatlıq şam ağacı, 50 qəpiklik papaq – FOTOLAR

5 Dekabr 2013, 12:38

Yeni İl günbəgün yaxınlaşır. Paytaxta hara göz atırsan bayram aksessuarları, müxtəlif oyuncaqlar, şam ağacının şıdırığı satıldığını görürsən. 2014-cü ilin astanasında küçələrdə və pərakəndə satış obyektlərində satılan məhsullarının bol çeşidi var. Amma ən ucuz qiymətlər metro keçidlərindədir. Burdakı qiymətlər kasıb cibinə uyğundur. Onu deyim ki, çox keyfiyyətsiz görünən ən ucuz şam ağacı ilə ancaq uşaq başı aldatmaq olar. Şam ağacları 5 manatdan 25 manata, bəzəkli oyuncaqlar 50 qəpikdən 5 manata, zərlər 50 qəpikdən 1 manata qədər, müxtəlif nağıl və cizgi filmi personajlarının maskaları 50 qəpikdən 3 manata qədər, uşaqlar üçün bəzəkli bayram papaqları 4 manata, Şaxta baba paltarı 5 manatadır.

Bahalı dükanlarda qiymətlər ceyran belindədir: şam ağacları 50-400 manat arası, Şaxta baba 25-200 manat arası, müxtəlif oyuncaqlar 5-50 manat arası dəyişir. Digər prestijli dükanda hətta 950 manata da şam ağacı vardı .Bu mağazalarda Şaxta babaların və şam ağaclarının qiyməti hündürlüyünə uyğun yüksəlir. Dükanda satılan Yeni İl məhsullarının hamısı Hollandiya istehsalıdır. 400 manatlıq şam ağacı! Estetik baxımdan gözəl görünür. Amma onun sıx yarpaqları ac qarınları doyurmayacaq!..

 

 

Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU