Modern.az

Saakaşvili Kiyevdəki meydana gedir

Saakaşvili Kiyevdəki meydana gedir

5 Dekabr 2013, 12:54

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dekabrın 7-də Avropaya inteqrasiya tərəfdarlarının Kiyevdəki Avropa meydanında keçirdiyi aksiyaya qatılacaq. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu məlumatı Avropa Parlamentinin deputatı Yatsek Sariuş-Volskinin köməkçisi Yoanna Bekker verib. Avropa meydanına Avropa Parlamentinin xarici işlər komissiyasının sədri Elmar Brokun da gələcəyi planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Saakaşvilinin rəhbəri olduğu “Vahid milli hərəkat” partiyasının nümayəndə heyəti Kiyevə gəlib.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?