Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah hava şəraitinin buludlu və dəyişkən olacağı proqnozunu verib. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Qərb, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Modern.az