Modern.az

Həmsədrlər bəyanat yaydılar

Həmsədrlər bəyanat yaydılar

5 Dekabr 2013, 13:19

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa)  Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Kiyevdə keçirilən görüşü barədə bəyanat yayıb. Modern.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli yolla həlli istiqamətində səylər davam etdirilməlidir. Bəyanatda o da bildirilib ki, 2014-cü ilin əvvəlində həmsədr ölkələrin səyi ilə  Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Kiyevdə ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üçün münaqişə zonasında gərginliyin azaldılamsının vacib olduğunu vurğulayıblar.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU