Modern.az

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər kimlərdir...

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər kimlərdir...

9 Sentyabr 2024, 14:20

Ötən gün Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirib.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb. İmtahanda 500-ə yaxın şəxs iştirak edib.

 

Bəs üzrlü səbəb dedikdə hansı hallar nəzərdə tutulur və imtahanda yenidən iştirak üçün DİM-ə necə müraciət olunur? 

 

Modern.az məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarza ilə əlaqə saxlayıb.

 

O qeyd edib ki, üzrlü səbəb dedikdə müxtəlif hallar nəzərdə tutula bilər.

 

"Əlavə imtahana adətən hər hansı xəstəlik səbəbindən və ya sənədləri ilə bağlı problemi olduğu üçün əsas imtahanda iştirak edə bilməyən şagirdlər yazılırlar. Məktəblər özləri də DİM-ə müvafiq siyahı göndərirlər və onun əsasında imtahan təşkil olunur. Son müraciət tarixi kimi də 16 avqust müəyyən olunmuşdur”, - mətbuat katibi vurğulayıb.

 

Bildirilib ki, 8 sentyabr tarixində imtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.

 

Arifə Kərimzadə

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı