Modern.az

Bakıda benzinin bahalaşması əleyhinə aksiya - FOTO

Bakıda benzinin bahalaşması əleyhinə aksiya - FOTO

8 Dekabr 2013, 16:59

Dekabrın 8-də Avropa Gənclər Hərəkatı Bakının Fəvvarələr meydanında benzinin bahalaşmasına etiraz olaraq dinc aksiya keçirmək istəyib. Aksiya iştirakçıların əllərində ağ kağız yürüş etməyə cəhd göstərsələr də, polis buna umkan verməyib. Əraziyə cəlm edilən polislər gəncləri dağılışmağa məcbur edib, əllərindəki ağ vərəqələri isə alıb cırıblar. Gənclər vətəndaşların istirahətini pozmaqda ittiham edilib.
Avropa Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı jurnalistlərə deyib ki, polis bununla ölkədə ən adi dinc gəzintiyə belə, imkan verilmədiyini göstərib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır