Modern.az

Elmar Məmmədyarov Qvineyaya gedib

Elmar Məmmədyarov Qvineyaya gedib

8 Dekabr 2013, 17:44

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qvineyaya yola düşüb. XIN-in mətbuat xidmətindən verilən məlumata görə, 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçiriləcək.  Tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Modern.az

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır