Modern.az

9 dekabrın hava PROQNOZU - yağış, sulu qar yağacaq

9 dekabrın hava PROQNOZU - yağış, sulu qar yağacaq

Təhsil

8 Dekabr 2013, 17:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, arabir yağıntılı olacağı gözlənilir. Dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar gözlənilir.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 1-4° isti, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır