Modern.az

Bakıda avtomobil radara çırpıldı, bir nəfər öldü

Bakıda avtomobil radara çırpıldı, bir nəfər öldü

8 Dekabr 2013, 23:47

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dekabrın 8-də axşam “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı radar dirəyinə çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, avtomobil deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır