Fövqəladə Hallar Nazirliyi Bərdə rayonundakı Pambıqtəmizləmə zavodunda baş vermiş yanğıbla bağlı məlumat yayıb. Nazirlik bildirib ki, dekabrın 8-də Bərdə şəhərində 200 tonluq pambıq tayasının 6 tonu və yaxınlıqda yığılmış 50 tonluq pambıq tayasının 2 tonu yanıb. Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az