Modern.az

Bakı Meriyasından Hacıbala Abutalıbovun istefasına MÖVQE

Bakı Meriyasından Hacıbala Abutalıbovun istefasına MÖVQE

Təhsil

9 Dekabr 2013, 11:32


“Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə yayılan xəbərlər şayiədir”. Bunu Modern.az-a BŞİH-dən bildiriblər. Mediada son zamanlar H. Abutalıbovun vəzifəsini tərk edəcəyi və onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacağı barədə ehtimallara bundan artıq rəy verilməyib.

Paytaxt İcra Hakimiyyətinin mətbuat xidmətindən deyilənlərə bunu da əlavə ediblər ki, Hacıbala Abutalıbov hazırda iş başındadır. “O, indi də paytaxtın Dədə Qorqud parkındakı işlərin gedişi ilə maraqlanır”.

Qeyd edək ki, mətbuatda Bakı merinin getmə səbəbləri belə izah olunarkən qeyd edilir ki, 2001-ci ildən bu vəzifəni tutan H.Abutalıbovun mövqeləri bir sıra səbəblərdən xeyli zəiflədiyi və onun oğlunun Azərbaycanda radikal dini cərəyanlardan birinə qoşulması hazırkı merin adının zaman-zaman merin adını mənfi müstəvidə gündəmə gətirilməsinə səbəb olub. Bir sözlə, mer oğlunun Azərbaycan hakimiyyətinin ciddi nəzarətdə saxladığı həmin radikal dini cərəyan üzvlərinin Bakıda əsas maliyyəçisi və ticarət obyektlərinin himayədarı kimi tanınması Abutalıbovun ciddi problemlər də yaradıb. Ona bir neçə dəfə ali hakimiyyətdən xəbərdarlıq olsa da, H. Abutalıbov “oğlumla bacara bilmirəm” deyərək vəziyyətini yüngülləşdirməyə və məsuliyyətdən yayınmağa çalışdığı deyilir. 

 

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır