Modern.az

Mehriban Əliyeva şagirdlərə uğur ARZULADI

Mehriban Əliyeva şagirdlərə uğur ARZULADI

Təhsil

16 Sentyabr 2024, 16:02

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Modern.az-ın məlumatına görə, paylaşımda bildirilib:

“Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram! 16.09.2024”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi