Modern.az

Bakı meriyasından lisenziya almaq istəyən “Şaxta baba” yoxdur

Bakı meriyasından lisenziya almaq istəyən “Şaxta baba” yoxdur

10 Dekabr 2013, 13:10

Yeni ilin gəlişinə sayılı günlər qalmış hələ ki, bir nəfərə belə, Şaxta baba və Qar qızı kimi fəaliyyət göstərmək üçün lisenziya verilməyib. Bunu Modern.az-a Bakı şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib. “Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna hələ ki, başlanılmayıb. Yəqin ki, müraciətlər dekabrın 15-dən başlanacaq. Bundan sonra lisenziyaların verilə bilər. Müraciətlər üçün heç bir məhdudiyyət yoxdur. Hələ ki, heç bir ərizə daxil olmayıb. Yəqin ki, ayın 15-dən sonra müraciətlər olacaq”, – deyə Əliabbas Bağırov deyib.

 

  Gültəkin ƏLƏSGƏR    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır