Modern.az

Müdafiə Nazirliyindən AÇIQLAMA: “Eldar Sabiroğlu işdən çıxarılmayıb”

Müdafiə Nazirliyindən AÇIQLAMA: “Eldar Sabiroğlu işdən çıxarılmayıb”

10 Dekabr 2013, 14:25

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində Eldar Sabiroğludur və o işdən çıxarılmayıb”. Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, hazırda o məzuniyyətdə olduğu üçün iş başında deyil, məzuniyyəti bitdikdən sonra işinə qayıdacaq.

“Nazirliyin mətbuat xidmətinin rəis müavini vəzifəsi isə boşdur və bura hələlik təyinat olmayıb”.

Yeri gəlmişkən, E.Sabiroğlu AzNews.az-a bildirib ki, bu gün onun məzuniyyət müddəti bitir və artıq sabahdan işinin icrasına başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə bir sıra islahatlar aparılmışdı. Aparalan islahatlar nəticəsində Teymur Abdullayev mətbuat xidmətinin rəis müavini vəzifəsindən uzaqlaşdırılmışdı.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır