Modern.az

“Böyük İpək Yolu” gənc sahibkarların beynəlxalq Şəbəkəsini təsis edib –FOTOLAR

 “Böyük İpək Yolu” gənc sahibkarların beynəlxalq Şəbəkəsini təsis edib –FOTOLAR

10 Dekabr 2013, 15:18

İstanbulda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşəbbüsü ilə tarixi  ipək yolu üzərində yerləşmiş 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə “Gənc sahibkarlar Şəbəkəsi”  təsis olunub. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

İclasda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Türkiyə gənclər və idman nazirinin müşaviri Ömər Faruk,  Azərbaycan Respublikası Prezidenti yanında  Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Türkiyənin  gənc sahibkarlarını birləşdirən Müstəqil Sənayeçilər və İş Adamları” (Gənc MÜSİAD)  təşkilatının vitse-prezidenti Yavuz  Fattahoğlu iştirak edib. 

Tədbirdə çıxış edən Fuad Muradov Şəbəkənin yaranma səbəbləri barədə danışıb. Deputat qeyd edib ki, bu şəbəkə tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc sahibkarları arasında əlaqələrin yaranması və birgə fəaliyyəti üçün stimul olacaq. Gənc iş adamları bu şəbəkə daxilində fikir mübadiləsi apara, yeni biznes layihələri ilə bağlı əməkdaşlıq imkanlarını qazana biləcəklər. Türkiyə gənclər və İdman nazirinin müşaviri Ömər Faruk İpək Yolu ölkələrinin gənc iş adamlarını birləşdirən belə Şəbəkənin yaradılmasını dəstəklədiklərini deyib. Ö.Faruk bildirib ki, bu təşəbbüs yeni əməkdaşlıq imkanlarının yaradılmasına rəvac verəcək. 

Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov Şəbəkəyə üzv olan ölkələdə yaşayan gənc iş adamlarının birgə biznes və digər fəaliyyətdə qarşıqlıqı əməkdaşqlıq üçün şərait yaratdığını vurğulayıb. “Gənc MÜSİAD”-ın vitse prezidenti Yavuz Fəttahoğlu bildirib ki, gənc sahibkarlar üçün bu şəbəkə əlaqələrin qurulması üçün gözəl fürsətdir. Daha sonra ipək yolu üzərində yerləşmiş 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə şəbəkənin İdarə Heyəti yaradılıb. İdarə Heyətinə Ukrayna, Rumıniya, İordaniya, İsrail, Banqladeş və Hindistanı təmsil edən gənc iş adamları daxil olub. Toplanıtda şəbəkənin yeni veb saytı  təqdim olunub və 2014-cü ili üçün fəaliyyət planı təsdiqlənib. Aparılan müzakirələrdən sonra şəbəkənin rəsmi qeydiyyat məsələnin həlli və hər bir üzv ölkədə “beyin mərkəzlərinin”  yaradılması  qərara alınıb. İstanbulda həmçinin Şəbəkənin yaradılması ilə bağlı İslam Ölkələrinin Gənc Sahibkarlar təşkilatı  və “Gənc MÜSAİD” üçün “İpək Yolu gənc sahiblarlar Şəbəkə”sinin təqdimatı keçirilib.

 

Qeyd edək ki, “İpək Yolu ölkələrinin gənc  sahibkarlar Şəbəkəsi”  “Böyük İpək Yolu” BGT-nin, Türkiyənin  gənc sahibkarlarını birləşdirən “Gənc MÜSİAD”  və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yaradılıb.

 

  

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır