Modern.az

“Barselona” bundan sonra tabut da satacaq

“Barselona” bundan sonra tabut da satacaq

10 Dekabr 2013, 15:36

Barselona klubu cənazə xidmətləri ilə məşğul olan “Altima” adlı şirkətlə müqavilə bağlayıb. Klub tərəfdarlarına  dəfn işlərində komandasının emblemini və rənglərini daşıyan tabutlar hazırlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə tabutları hələlik şirkət özü satacaq. Yaxın zamanda  rəsmi tabutun satışına “Barsa Store” mağazalarında də rast gəlmək mümkün olacaq   

Tabutun aşağı qiymətinin  250 avro civarında olacağı bildirilib. Bunun  Barselona klubuna əlavə bir gəlir gətirəcəyi guman edilir.

“Altima” şirkətinin prezidenti Jozep Ventura açıqlamasında bildirib ki, “son zamanlarda tərəfdarlar arasında bu istəyi nəzərə alaraq, klubu dəstəkləyənlər ölüncə tabutda klubun rəngləri ilə aparılaraq dəfn olunacaq”. Barselona klubu xüsusilə qeyd edib ki, bu yenilik ölkənin dini qurumları və ölkə daxilində digər komandaların tərəfdarları tərəfindən rəğbətlə qarşılanıb.

 

  Rafiq Qəmbərov  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır