
Dekabrın 11-də Milli Məclisin deputatları Hadi Rəcəbli və Rauf Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisinin təşkil etdiyi “Əlillərin hüquqları haqqında Beynəlxalq konvensiyanın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələrinin təcrübə və gələcək fəaliyyətlər” adlı beynəlxalq konfransda iştirak üçün Tbilisi şəhərinə yola düşürlər.
Modern.az xəbər verir ki, dörd günlük beynəlxalq konfransda deputatlar ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı aparılan işlərdən, hüquqi bazanın gücləndirilməsi istiqamətində qəbul olunmuş qanunlardan danışacaq, təcrübə mübadiləsi aparacaqlar. Bu müddət mərhum prezident Heydər Əliyevin anım günlərinə təsadüf etdiyindən, Azərbaycanın Gürcüstandakı səfirliyinin keçirdiyi tədbirlərdə H.Rəcəbli və R.Əliyevin iştirakı nəzərdə tutulub.
Dekabərn 12-də Tbilisidəki M.F.Axundov adına kitabxanada anım gününə həsr olunmuş tədbirdə Gürcüstanda yaşayan azərbaycanlı və gürcü ziyalılarından ibarət bir qrup iştirak edəcək. Deputatlar eyni zamanda
Gürcüstan parlamentində Sosial siyasət komitəsinin və Gürcüstan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər.
Modern.az