Modern.az

Əvəz Temirxan: “Liberallar Milli Şurada olmasa da, onun mitinqinə qatıla bilərlər”

Əvəz Temirxan: “Liberallar Milli Şurada olmasa da, onun mitinqinə qatıla bilərlər”

10 Dekabr 2013, 17:23


“Milli Şuranın aksiyasında iştirak edə bilməyəcəm”. Bunu Modern.az-a açıqlamasında Milli Şuradan və Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verən, “Xalq Arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev deyib. O bildirib ki, mitinq keçirilən vaxt Azərbaycanda olmayacaq:

“Dekabrın 14-də ölkəni tərk edəcəm. Ona görə də aksiyaya qatıla bilməyəcəm. Amma tərəfdarlarımız mitinqə qoşulacaqlar”.

Milli Şuradan istefa verən, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da partiya üzvlərinin aksiyada iştirak etməkdə sərbəst olduqlarını bildirib.

Açıq Cəmiyyət Partiyasından (ACP) və Milli Şuradan istefa verən Zəminə Dünyamalıyeva isə keçiriləcək mitinqə qatılmağın mənasız olduğunu bildirib:

“Milli Şuranın tədbirində iştirak etməyəcəm. O qurumu tərk etmişəmsə, niyə iştirak etməliyəm?! Burada bir məntiq olmalıdır. Təbii ki, qiymətlərdə artım ümumi problemdir. Amma Milli Şura öz daxilində problemini həll edə bilmir, ümumi problem həll edəcək?! Ona qalsa, özüm də bəyanat da yaya bilərəm, bu da mənim müraciətim olar”.

Qeyd edək ki, Milli Şura dekabrın 15-də mitinq keçirməyi planlaşdırır. Aksiya ölkədə son qiymət artımına etirazla bağlıdır.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır