Modern.az

Hacıbala Abutalıbov Bakının məşhur küçəsi ilə bağlı sərəncam imzaladı

Hacıbala Abutalıbov Bakının məşhur küçəsi ilə bağlı sərəncam imzaladı

10 Dekabr 2013, 17:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Bakı Şəhəri İcra Hakimiyyəti Mustafa Sübhi küçəsinin adının dəyişdirilərək Nabat Aşurbəyova adlandırılması haqqında sərəncam verib. Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətininmətbuat xidməti məlumat verib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova Mustafa Sübhi küçəsinin adının dəyişdirilib Nabat xanım Aşurbəyovanın adınının verilməsi  üçün müvafiq sərəncam verməsini xahiş etmişdi.

Təzə Pir məscidi də məhz N.Aşurbəyovanın şəxsi vəsaiti ilə tikilib. Onun və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısında yerləşir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır