Modern.az

Ukrayna prezidenti keçmiş prezidentlərə söz verdi - FOTOLAR

Ukrayna prezidenti keçmiş prezidentlərə söz verdi - FOTOLAR

10 Dekabr 2013, 17:53

Ukrayna prezidenti Viktor Yanukoviç Avropa meydanında saxlanılanlara yardım edəcəyinə göz verib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bunu bu gün Viktor Yanukoviçlə görüşdə iştirak edən keçmiş dövlət başçısı Leonid Kravçuk deyib. Onun sözlərinə görə, Ukrayna prezidenti məhkəmələrin işinə müdaxilə etmədən bu gün həbsdə saxlanılanların azadlığa buraxılmasına çalışacaq:
“Yanukoviç kiçikyaşlı uşaqları olanlara xüsusi diqqət ayıracağını vurğulayıb”.
Görüşün nəticəsindən danışan keçmiş prezidentin sözlərinə görə, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi gələn ilin yazında imzalaya bilər. O deyib ki, Ukrayna hakimiyyəti ilə Avropa Birliyi arasında müəyyən razılaşma var:
“Həmin razılaşmaya görə elə addımlar atılacaq ki, Ukrayna iqtisadi maraqlarını və inkişaf imkanlarını itirmədən həmin sazişi imzalasın. Əgər Avropa Birliyi verilən vədləri yerinə yetirərsə, saziş mart ayında imzalana bilər”.





Modern.az    
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır