Modern.az

İstanbulda nadir HADİSƏ - qar yağan zaman şimşək çaxıb

İstanbulda nadir HADİSƏ - qar yağan zaman şimşək çaxıb

11 Dekabr 2013, 15:52


İstanbulda dünən gecədən etibarən yağan qar hər yeri ağa bürüdü. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, şəhərin Anadolu və Avropa səmtlərinə başlayan qar yağımı ilə birlikdə şimşək və göy gurultusu istanbulluları əməlli-başlı qorxudub. Ümumiyyətlə, yağış yağan zamanlarda qarşılaşdığımız şimşək və göy gurultusu dünən qar yağması ilə birlikdə gəlib.
Bunun səbəbini açıqlayan professor Mikdat Kadıoğlu da deyib ki, qar yağması əsnasında şimşək çaxması və göy guruldaması nadir hadisə olsa da, normaldır:

“İnsanlar bu vəziyyətə alışmadıqları üçün qorxa bilərlər. Amma bu vəziyyət normaldır. Qar yağması Qara dənizdən gəlib. Dəniz üzərində isti nəmli hava var. Ukrayna üzərindən gələn soyuq hava ilə birlikdə qar yağması zamanı şimşək çaxması və göy guruldaması meydana gəlir. Qorxulacaq bir vəziyyət yoxdur".

Modern.az                                  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır